Moskva Zəngəzur dəhlizi məsələsində paradoksal addımlardan imtina etməlidir.
Axar.azGlobalinfo.az-a istinadla xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü Fədəhhüseyn Maliki deyib.
Onun sözlərinə görə, İran diplomatiyası Moskvanın addımlarına qarşı qəti cavaba hazırdır:
“Rusiyanın Zəngəzur dəhlizinə dəstəyi kürəyimizdən zərbədir”.
Deputat həmçinin deyib ki, Rusiya artıq Fars körfəzində 3 ada məsələsinə görə İrandan sərt cavab alıb, eyni səhvi indi də Zəngəzurda təkrarlayır.