AZ

Zaxarova Putini dəstəkləmədi: "Harrisin gülüşü..."

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ prezidentliyinə namizəd Kəmalə Harrisin depressiv gülüşə malik olduğunu bildirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, jurnalist Pavel Zarubinin Vladimir Putinin Harrisin gülüşü ilə bağlı açıqlamasını şərh etmək istəyinə belə cavab verib.

Daha əvvəl Rusiya lideri Harrisin yoluxucu şəkildə güldüyünü qeyd edib. Amerika lideri Co Bayden tərəfdarlarına onun namizədliyini dəstəkləməyi tövsiyə etdiyinə görə, "biz də eyni şeyi edəcəyik, onu dəstəkləyəcəyik", - deyə Putin əlavə edib.

"Həqiqətən bir növ yaxşı enerji ilə dolu olan yoluxucu gülüş var və pis bir şeyin əlamətinə çevrilən depressiv gülüş var, məncə, bu kontekstdə deyilib", - Zaxarova qeyd edib.

Eyni zamanda, Kreml rəsmisi Dmitri Peskov Harrisin gülüşünü bəyəndiyini etiraf edib: "Hər kəs ona aşiq olmalıdır".

Öz növbəsində alman iş adamı Kim Dotkom Harrisin namizədliyini dəstəklədiyi bəyanatından sonra Putini şahmat üzrə qrossmeyster adlandırıb. Lakin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Rusiya liderinin şərhindən inciyib. O, buna necə reaksiya verəcəyini bilmədiyini etiraf edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
108
7
milli.az

7Mənbələr