AZ

Fernandu Santuş: "Əks-hücumlara keçməyə çalışdıq"

"Komanda olaraq əlimizdən gələni etməyə çalışdıq".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş deyib.

Portuqaliyalı mütəxəssis UEFA Millətlər Liqasının 2-ci turunda Slovakiya ilə oyundan sonra mətbuat konfransında komandanın 0:2 hesanlı məğlubiyyətini şərh edib: "Futbolçularımız sona qədər mübarizə apardılar. Oyuna rəqib daha yaxşı başladı. Biz Slovakiya yığmasının hücumlarının qarşısını almağa və əks-hücumlara keçməyə çalışdıq. Rəqib daim təzyiq edirdi. Bu cür güclü komandalara qarşı intensiv oynamaq vacibdir. Ən vacibi, mental düşüncəmizi dəyişməli və başa düşməliyik ki, həm yaxşı müdafiə oluna, həm də güclü hücumlar qura bilərik. İntensiv oyun səviyyəsini artırsaq, gələcəkdə uğurlu nəticələr qazanarıq. Bu komandanı müsbət məqamda dəyişəcəyimə yüz faiz inanıram. Mental olaraq çalışsaq, Azərbaycan futbolunun gələcəyini birlikdə dəyişə bilərik".

Qeyd edək ki, Azərbaycan yığması İsveç (1:3) və Slovakiya (0:2) komandalarına uduzub.

İdman.biz

Seçilən
66
30
idman.biz

5Mənbələr