Ankara, 8 sentyabr, AZƏRTAC
Türkiyənin şərqindəki Tunceli vilayətində zirehli hərbi maşının qəzaya uğraması nəticəsində dörd hərbçi həlak olub, bir çavuş yaralanıb.
AZƏRTAC xəbər verir ki, hadisə Ovacık və Hozat rayonları arasındakı Karaoğlan bölgəsində baş verib.
İdarəetməni itirərək aşan maşının Jandarmeriya Komandanlığına aid olduğu bildirilir.
Hadisə ilə bağlı daxili işlər naziri Ali Yerlikaya həlak olan hərbçilərin ailə üzvlərinə baş sağlığı verib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara