AZ

Prezidentliyə namizəd ölkədən qaçıb

Prezidentliyə

Venesuelanın müxalifətdən prezidentliyə namizəd olmuş Edmundo Qonzales onun barəsində həbs qərarı çıxarıldıqdan sonra ölkəni tərk edib.

Reyting.az
xəbər verir ki, bu barədə CNN kanalı məlumat yayıb.

Prezident seçkilərində Nikolas Maduroya qarşı çıxan Venesuela müxalifətinin lideri Edmundo Qonzalesin ölkəni tərk etməsi və İspaniyaya uçması xəbəri öz ölkəsində gözlənilməz effekt yaradıb. Baş verənləri təsdiqləyən rəsmi şəxs kimi Venesuelanın vitse-prezidenti Delsi Rodriqes öncə bu barədə danışıb, daha sonra İspaniyanın xarici işlər naziri Xose Manuel Albaresin də açıqlaması yayılıb.

İspaniya XİN-nin rəhbəri Albares deyib ki, müxalifət lideri Qonzales İspaniya Hərbi Hava Qüvvələrinin təyyarəsindən istifadə edib. Nazir əlavə edib ki, onun ölkəsinin hökuməti həmişə "Bütün venesuelalıların siyasi hüquqlarına və fiziki bütövlüyünə sadiq qalacaq".

Qonzales İspaniyanın Karakasda yerləşən səfirliyində bir neçə gün qaldıqdan sonra İspaniya hökumətindən siyasi sığınacaq istəyib. İki hökumət arasında aparılmış danışıqlardan sonra Karakas səfirliyi bir müddət sonra bu ölkəni tərk edən zaman Qonzalesin təhlükəsizliyini təmin etməyə razılaşıb.

Venesuela müxalifətinin lideri Edmundo Qonzalesin vəkili də AFP-yə müvəkkilinin İspaniyaya getdiyini təsdiqləyib.

2024-cü ilin iyulunda Venesuelada 74 yaşlı keçmiş diplomat Edmundo Qonzales Urrutia müxalifətin nüfuz qazanmış vahid namizədi kimi ölkədə keçirilən prezident seçkilərinə qatılıb. Ancaq Venesuela Milli Seçki Şurası bütün səsvermə məntəqələri bağlandıqdan sonra 51 faiz səslə Nikolas Maduronun qalib gəldiyini elan etdilər. Lakin bununla barışmayan Venesuelanın müxalifəti müstəqil sorğu məlumatlarına istinad etməklə, saxtakarlıqlar olduğunu, seçicilərin əksəriyyətinin Qonzalesə səs verdiklərini iddia ediblər.

Bir neçə gün sonra isə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bununla bağlı siyasi bəyanat yayıb və müxalifətin namizədi Edmundo Qonzalesi Venesuela ölkəsində keçirilən prezident seçkilərinin qalibi kimi tanıyıb. Dövlət Departamenti bildirib ki, Nikolas Maduronun nəzarəti altında olan Milli Seçki Şurası tərəfindən səslərin işlənməsi, bilərəkdən nəticələrin elan edilməsi "Ciddi qanun pozuntularına məruz qalıb və daha sonra saxta üsullar ilə tamamilə Venesuela xalqının iradəsini əks etdirməyən nəticələr elan edilib".

2024-cü ilin sentyabr ayının 3-də məlum olub ki, Venesuela ölkəsinin məhkəməsi prokurorluğun tələbi ilə müxalifətin lideri kimi tanınmış Edmundo Qonzalesin həbs edilməsi barədə order verib.

Həmin qondarma ittihamlarla görə siyasi xadim, müxalifət lideri Qonzales mövcud hakimiyyəti "qəsb etməkdə", həmçinin də sənədləri saxtalaşdırmaqda və qanunlara tabe olmamağa təhrik etməklə sistemli təxribatda günahlandırılıb.

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
2
reyting.az

2Mənbələr