AZ

Gürcüstan Qərbin dayandırdığı layihələri özü maliyyələşdirəcək

“Gürcüstan hakimiyyəti Qərbin dayandırdığı layihələri büdcədən asanlıqla kompensasiya edə bilər”.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Son 4 ildə büdcəmiz 10 milyard lari (3,71 milyard ABŞ dolları) artıb. Büdcəmizlə müqayisədə onların layihələri dənizdə bir damladır. Məsələn, Avropa Birliyi ildə kənd təsərrüfatına 5 milyon avroya yaxın sərmayə qoyur , Gürcüstan hökuməti isə 330 milyon lari (110 milyon avro)”, - İrakli Kobaxidze jurnalistlərə bildirib.


Müəllif: Teleqraf.com
Seçilən
108
50
teleqraf.com

10Mənbələr