"Komanda olaraq əlimizdən gələni etməyə çalışdıq. Futbolçular sona qədər mübarizə aparıblar. Oyuna rəqib daha yaxşı başladı və Slovakiyanın hücumlarının qarşısını almağa çalışdıq. Rəqib daim təzyiq göstərirdi. Güclü komandalara qarşı intensiv oynamaq çox vacibdir. Mental düşüncəmizi dəyişməli və başa düşməliyik ki, həm yaxşı müdafiə oluna, həm də güclü hücumlar qura bilərik. İntensiv oyun səviyyəsini yüksəltsək, gələcəkdə uğurlar qazanarıq. Bu komandanı müsbət istiqamətdə dəyişdirəcəyimə əminəm. Mental olaraq çalışsaq, Azərbaycan futbolunun gələcəyini birlikdə dəyişə bilərik."
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta