AZ

Bakıda yaşayış binasında yanğın baş verdi

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 58 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxində mebellər 12 kvadratmetr sahədə və bir ədəd məişət avadanlığı yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
50
axar.az

10Mənbələr