AZ

Ərdoğandan Narinlə bağlıaçıqlama - YENİLƏNİB

“Prezident Rəcəb Tayyib Ərdoğan hazırkı istintaqın ciddi şəkildə davam etməsi, hadisənin tam aydınlaşdırılması və Narin qızımızın canına qəsd edənlərin ədalət qarşısında cavab verməsi üçün məsələni yaxından izləyir”.

Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun “X” hesabında yazıb.

Xatırladaq ki, Türkiyənin Diyarbəkir şəhərində 19 gündür itkin düşən 8 yaşlı Narin Güranın meyiti Tavşantəpə kəndi ərazisində tapılıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirin Bağlar rayonunda bu səhər cəsədi tapılan 8 yaşlı Narin Güranla bağlı açıqlama verib.

Redaktor.az xəbər verir ki, bu barədə Ərdoğan “X” hesabında paylaşım edib.

“Vəhşicəsinə qətlə yetirilən Narinin acı xəbəri hamımızı dərindən yaraladı. Kədərimizin həddi-hüdudu yoxdur”, - o yazıb.

Ölkə başçısı qeyd edib ki, Narinin itkin düşməsi barədə məlumat alınandan sonra təhlükəsizlik qüvvələri onu sağ tapmaq üçün çox ciddi səylər göstəriblər:

“19 gün davam edən axtarışlar nəticəsində təəssüf ki, ürəklərimizə su səpən bir xəbər ala bilmədik”.

Ərdoğan Narinin qatillərinin ədalət qarşısında mütləq cavab verəcəyini də vurğulayıb:

“Narin övladımızı bizdən qoparanların layiq olduqları ən ağır cəzanı almaları üçün məhkəmə prosesinin şəxsən izləyicisi olacağımı bildirmək istəyirəm”.

Seçilən
129
6
redaktor.az

10Mənbələr