Bakı, TurkicWorld
Vyetnamın şimalına təsir edən “Yagi” qasırğasının törətdiyi fəlakət və qəzalarda ölənlərin sayı 14-ə, yaralıların sayı 187-yə yüksəlib.
TurkicWorld xəbər verir ki, bu barədə Vyetnam mətbuatı məlumat verib.
Məlumata görə, Yagi qasırğası səbəbindən ölkənin şimalındakı sahil şəhərlərindən 50 mindən çox insan təxliyə edilib.
Quang Ninh əyalətində böyük dalğalar və güclü külək nəticəsində əksəriyyəti balıqçılara məxsus 25 qayıq aşıb. Suda itən 13 balıqçının axtarış-xilasetmə işləri davam edir.
Qasırğanın təsirinə məruz qalan rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranıb, nəticədə bir çox transformator və rabitə xətləri zədələnib.
Tayfun həmçinin 3 min 400-dən çox evə və minlərlə hektar kənd təsərrüfatı sahəsinə ziyan vurub.
Hafiz Rufizoğlu