AZ

İsrail İranın hərbi bazalarını vurdu - 5 ölü, 19 yaralı var

İsrail Suriyanın mərkəzinə aviazərbələr endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.
Aviazərbələr nəticəsində azı 5 nəfər ölüb, 19 nəfər yaralanıb.

Zərbələrin bazar günü axşam Həma əyalətinin Masyaf şəhəri yaxınlığında həyata keçirildiyi qeyd edilir. İsrail ordusu xəbərləri şərh etməyib.

“The Times of Israel” qəzeti yazır ki, İsrailin raket hücumu nəticəsində Suriyadakı İran obyektləri, o cümlədən Tehranın raket istehsalı bazası vurulub. Həmanın qərbində yerləşən Masyaf bölgəsi İran qüvvələri və iranpərəst silahlı qruplaşmalar tərəfindən baza kimi istifadə edilir.

Nəşr vurğulayıb ki, həmin ərazidə İran qüvvələrinin dəqiq idarə olunan yer-yer tipli raketlər istehsal edən Elmi Tədqiqat və İnkişaf Mərkəzi yerləşir.


Bizim.Media 

Seçilən
173
50
bizim.media

10Mənbələr