Tayvan silahlı qüvvələri bir gündə Xalq Azadlıq Ordusunun 21 təyyarəsi və 7 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.
Bu barədə adanın müdafiə departamenti məlumat yayıb.
Bundan əlavə, gün ərzində Tayvan yaxınlığında Çin dövlət qurumlarının bir gəmisi aşkar edilib.
Sənəddə qeyd edildiyi kimi, 16 Çin Xalq Azadlıq Ordusunun təyyarəsi Tayvan boğazının median xəttini keçərək adanın şimal, mərkəzi, cənub-qərb və şərq hissələrində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub.
Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərindən istifadə edərək cavab verdi.