Nigeriyada baş verən ağır avtomobil qəzasında ən azı 48 nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Punch" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, Niger ştatında yanacaq daşıyan avtomobil sərnişin daşıyan digər nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə yanğın baş verib.
Niger ştatının Fövqəladə Hallar üzrə Dövlət Agentliyinin baş direktoru Abdullahi Baba-Arabın sözlərinə görə, yanğın nəticəsində tanınmaz halda olan 48 nəfərin meyiti müsəlman adətlərinə uyğun olaraq həmin gün dəfn edilib.
Ölən və yaralananların ümumi sayı hələ müəyyən edilməyib. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Mənbə: oxu.az
Digər HADİSƏ xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az