Tramp: “Prezident seçilsəm, onlar mühakimə olunacaqlar”
ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib ki, yarışda qalib gələrsə, əvvəlki seçkilərdə saxtakarlıq etdiyini iddia olunan şəxslər məhkəmə qarşısına çıxarılacaq.
Reyting.az xəbər verir ki, Tramp 2020-ci il seçkilərində saxtakarlığa əl atdığını iddia etdiyi şəxsləri cəzalandırmaq niyyətindədir.
“Mən qalib gəldiyim zaman fırıldaq edən bu şəxslər, bu ədalətsizliyin bir daha baş verməməsi üçün uzun həbs cəzaları da daxil olmaqla, qanun çərçivəsində ən yüksək səviyyədə mühakimə olunacaqlar”, - Tramp qeyd edib.
Bu şəxslərin arasında “vəkillər, donorlar, qeyri-qanuni seçicilər və seçki rəsmiləri” olduğunu deyən Tramp noyabrın 5-də keçiriləcək prezident seçkilərinin ətraflı şəkildə araşdırılacağı mesajını verib.
Qeyd edək ki, ABŞ-nın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp 2020-ci il seçkilərində 2016-cı illə müqayisədə daha çox səs topladıqlarını, lakin onlara qarşı saxtakarlıq olduğunu iddia edir
E. KAMAL