AZ

Plastik tullantıların ən çox olduğu ölkə açıqlanıb

“Nature” elmi jurnalı yazır ki, Hindistanda illik plastik tullantıların miqdarı 9.3 milyon tona çatıb ki, bu da qlobal ümumi həcmin beşdə birinə bərabərdir. Nəşrin məlumatına görə, plastik tullantıların ən yüksək göstəriciləri Cənubi və Cənub-Şərqi Asiya, eləcə də Afrika ölkələrində qeydə alınıb, lakin Hindistan anti-reytinqdə liderlər ölkələri 2.5 dəfədən çox ötüb. Məsələn, Nigeriyada plastik tullantıların illik həcmi 3.5 milyon ton, İndoneziyada 3.3 milyon ton, Çində 2.8 milyon ton təşkil edib, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

“Nature” qeyd edir ki, elm adamlarının əvvəlki araşdırmalarında plastik tullantılar üzrə Çin lider idi.

“Ölkənin plastik tullantılarının demək olar ki, 53%-i 255 milyon insanın payına düşür. Qalan tullantıların çoxu tullantıların açıq şəkildə yandırmanın nəticəsidir”, – nəşr qeyd edir. Mütəxəssislər hesab edirlər ki, “mismanaged” kateqoriyasında tullantıların həcminə görə anti-lider Eritreya (97.34%), lider isə Cənubi Koreyadır (2.6%-dən çox deyil).

Seçilən
164
44
banker.az

10Mənbələr