AZ

Minlərlə insan Makron əleyhinə nümayiş keçirdi

Fransada minlərlə insan sağçı Mişel Barnyeni baş nazir vəzifəsinə təyin edən prezident Emmanuel Makrona etiraz olaraq nümayiş keçirib. 

News24.az xəbər verir ki, məsələ ilə bağlı Fransa Daxili İşlər Nazirliyi məlumat verib.

Məlumatda paytaxt Parisdə 26 mindən çox, ölkə üzrə isə 110 min nəfər “seçkilərin nəticələrinə məhəl qoymamaqda” ittiham etdikləri Makrona etiraz olaraq yürüş keçirildiyi bildirilib.

Qeyd edək ki, ölkə boyu 150-dən çox yerdə Makron əleyhinə nümayişlər keçirilib. Paytaxt Parisdən başqa, Renn, Nant, Nitsa, Marsel və Strasburq da nümayişlərin keçirildiyi əsas şəhərlər sırasında olub.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
12
news24.az

10Mənbələr