AZ

İnternat məktəbində yanğın: Çox sayda uşaq yatarkən öldü

Keniyanın mərkəzində yerləşən internat məktəbinin 10-14 yaşlı uşaqların olduğu yataqxanada baş verən yanğında ən azı 18 şagird ölüb, 27 şagird xəstəxanaya yerləşdirilib.
Sitat.info xəbər verir ki, Keniyanın vitse-prezidenti Riqathi Qaçaqua yanğın zamanı 150-dən çox uşağın yataqxanada olduğunu və təxminən 70 uşağın hələ də itkin düşdüyünü bildirib.

Yanğın zamanı azı 18 şagird həlak olub, 27 şagird isə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Naziri Kithure Kindiki bəzi uşaqların ətrafdakı evlərə sığındığını, lakin böyük travma yaşadıqlarını açıqladı.

Yanğının səbəbi hələ müəyyən edilməyib.

 Prezident Uilyam Ruto yanğının "dağıdıcı" olduğunu və günahkarların məsuliyyətə cəlb ediləcəyini vurğulayıb.

Valideynlər səbirsizliklə məktəbin qarşısında övladlarından xəbər gözləyirlər.

Nərgiz,

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
9
sitat.info

10Mənbələr