AZ

İsrail Suriyanı vurdu, dinc sakinlər öldü

SANA agentliyinin verdiyi məlumata görə, Həma əyalətindəki hədəflərə aviazərbələr nəticəsində 5 mülki şəxs ölüb, 19 nəfər yaralanıb.

Suriya Müdafiə Nazirliyi bildirib, hücum İsrail tərəfindən Livanın hava məkanından həyata keçirilib. Ölkənin mərkəzi hissəsi daha çox hücuma məruz qalıb.

Suriya Müdafiə Nazirliyi “Facebook” sosial şəbəkəsində yazıb ki, hava hücumundan müdafiə sistemləri öz hədəflərinə yaxınlaşan raketlərin bir qismini vurub. İsrail zərbə ilə bağlı şərh verməyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
127
15
editor.az

10Mənbələr