Ukrayna ABŞ-ın hazırkı Prezidenti Co Baydenə, eləcə də prezidentliyə iki əsas namizəd – Kamala Harris və Donald Trampa müharibədə qalib gəlmək üçün ətraflı plan göstərəcək.
Editor.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciətində deyib.
O qeyd edib ki, Ukrayna bu həftə Almaniyada Ramşteyn görüşündə və İtaliyada keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə tərəfdaşlarla işə başlayıb.
Zelenskinin sözlərinə görə, xüsusilə ABŞ-ın müdafiə naziri Lloyd Ostin, Almaniya kansleri Olaf Şolts və İtaliyanın Baş naziri Corcia Meloni ilə mühüm danışıqlar aparılıb:
“Daim Amerikada hər iki partiyanın nümayəndələri ilə işləyirik, İtaliyada keçirilən forum çərçivəsində ABŞ Konqresinin nümayəndə heyəti ilə görüş keçirdim. Xüsusən də Ukraynanın qələbə planı, onun bəzi təfərrüatları haqqında danışdıq. Bütün addımları ABŞ Prezidenti Baydenə və hər iki prezidentliyə namizədə – Tramp və Harrisə tam şəkildə təqdim edəcəyik”.