Tələbələrin dəstək ola biləcəyimiz yataqxana, nəqliyyat, yemək, təlimlər, dərslik kimi xərcləri ola bilər.
AzEdu.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun sədr müavini Bəhruz Əzimov “Azərbaycan müəllimi”nə müsahibəsində deyib.
O bildirib ki, ilk müzakirələr yataqxana xərclərinə dəstək vermək məqsədi ilə aparılıb, bir sıra araşdırmalar, təhlillər olub.
"Bunun üçün nə qədər vəsaitin tələb olunması, kreditdən istifadə edəcək tələbələrin xüsusi çəkisi müəyyənləşdirilməlidir. Bununla bağlı yaxın olmasa da, gələcək planlarımız var" - deyə o qeyd edib.