AZ

ICESCO Beynəlxalq Savadlılıq Günü münasibətilə müraciət yayıb

ICESCO

Bakı, 9 sentyabr, AZƏRTAC

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) hər il sentyabrın 8-də qeyd olunan Beynəlxalq Savadlılıq Günü münasibətilə təşkilata üzv ölkələrin ictimaiyyətinə müraciət edib.

AZƏRTAC xəbər verir ki, müraciətin mətində deyilir: “Bu il “Çoxdilli təhsilin təşviqi: Qarşılıqlı anlaşma və sülh üçün savadlılıq” mövzusunda qeyd edilən bu əlamətdar gündə qarşılıqlı anlaşma və sülhü təşviq etmək üçün savadlılığın təşviqi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması və onun faydalarının maksimum dərəcədə artırılması istiqamətində səylərin gücləndirilməsinin zəruri olduğunu vurğulayırıq. ICESCO, həmçinin bu fenomeni aradan qaldırmaq üçün savadsızlığın səbəblərini ləğv etmək məqsədilə profilaktik və proaktiv metodların qəbul edilməsinin vacibliyini qeyd edir”.

Müraciətdə bildirilir ki, hamı üçün savadlılığın, inklüziv və bərabərhüquqlu təhsilin dəstəklənməsinin vacibliyinə inanan ICESCO öz missiyası və strateji baxışının bir hissəsi kimi savadsızlıqla mübarizə haqqında məlumatlılığı artırmaqla və marginallaşmış, ən yoxsul kateqoriyalara diqqət yetirməklə insan təhsilə insan haqlarının mühüm bir hissəsi qismində diqqət yetirir. Bu, xüsusilə qızlar və qadınlarla bağlıdır. Təşkilat, həmçinin daha keyfiyyətli açıq və pulsuz təhsil resursları təqdim etməklə yanaşı, kifayət qədər maliyyə resurslarının səfərbər edilməsi və bu sahəyə ayrılan investisiyaların artırılmasının vacibliyini vurğulayır”.

Təşkilat daha sonra qeyd edir: “İnsan inkişafının təşviqində təhsilin mühüm rolunu dərk edərək, ICESCO üzv dövlətlərdə savadlılıq proqramlarının dəstəklənməsini əsas prioritet hesab edir. Bu sahədə əldə edilən irəliləyişlər yetərli olmadığından, məqsədə çatmaq üçün daha böyük səylər və beynəlxalq əməkdaşlıq tələb olunur ki, bu da 765 milyon savadsız gəncin və yetkinlərin mövcudluğu ilə özünü göstərir. Onların üçdə ikisi qızlar və qadınlardır. Savadlılıq proqramlarına çıxışda bərabərsizliklərin yayılması və yoxsulların, ən ehtiyacı olan və həssas qrupların zəif iştirakı da qeyd olunmalıdır”.

Müraciətin sonunda deyilir: “Texnologiyanın sürətlə inkişaf etdiyi bir şəraitdə və fərqli mədəniyyətlər fonunda inkişaf edən dünyamızda fərdləri çoxdilli, ana dilinə əsaslanan təhsil yanaşması ilə təchiz etmək həmişəkindən daha vacibdir. Bu yanaşma savadlılıq bacarıqlarının artırılmasında, qarşılıqlı anlaşmanın və mədəni müxtəlifliyə hörmətin təşviq edilməsində, daha ədalətli və dinc cəmiyyətlərin qurulmasına yönəlmiş səylərin dəstəklənməsində və insanlara davamlı təhsil üçün geniş perspektivlərin təmin edilməsində mühüm rol oynayır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
8
azertag.az

10Mənbələr