AZ

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnikZakir Həsənov Türkiyə Respublikasının Daxili İşlər naziri cənab AliYerlikayaya və Jandarma Baş Komandanı ordu generalı Ali Çardakcıyabaşsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, başsağlığında deyilir:

"Tunceli vilayətində qardaş Türkiyə Respublikasının Jandarma BaşKomandanlığına məxsus nəqliyyat vasitəsinin qəzaya uğramasınəticəsində hərbi qulluqçuların şəhid olması xəbəri məni çoxkədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının vəəzizlərinin kədərinə şərik olduğumuzu bildirir, onlara Allahdansəbir, yaralı hərbi qulluqçumuza şəfa diləyirəm.

Ruhları şad, xatirələri əziz olsun.

Allah rəhmət eləsin".

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
50
az.trend.az

10Mənbələr