AZ

Azərbaycanda su polosunun inkişafına çalışacağam - Milli komandanın baş məşqçisi (FOTO)

Bakı. Trend:

Mən Azərbaycanda su polosunun inkişafına töhfə vermək üçün bütünbilik və bacarıqlarımdan istifadə etməyə çalışacağam. ÜzgüçülükFederasiyasının rəhbərliyi ilə bir çox layihələri müzakirə etdik.Hesab edirəm ki, Azərbaycanda su idman növlərinin inkişafı üçünlazımi münbit şərait var. Mənə bildirdilər ki, Bakıda, Gəncədə,Mingəçevirdə və digər regionlarda yaxşı şəraiti olan üzgüçülükhövuzları var. Artıq son illər Azərbaycanın gənc və perspektivliüzgüçüləri beynəlxalq arenalarda yaxşı nəticələr göstərirlər. Buinkişafın su polosu idman növündə də özünü göstərməsi məqsədiləburadayam. Mənə etimad göstərdiyi üçün Azərbaycan ÜzgüçülükFederasiyasının rəhbərliyinə minnətdaram. Çalışacam ki, az birmüddətdə onların etimadını doğruldam və su polosunda da Azərbaycanmillisi yaxşı nəticələr əldə etsin.

Trend xəbər verir ki, bu fikirləri Bakı Su İdmanı Sarayındaictimaiyyətə təqdim olunan su polosu üzrə Azərbaycanın Millikomadasına baş məşqçi təyin olunan yunanıstanlı mütəxəssisPanayotis Xronopulos deyib.

Onun sözlərinə görə, həm idmançı, həm də baş məşqçi kimi özölkəsində və beynəlxalq yarışlarda yüksək nəticələrə nail olabilib:

“Ölkə xaricində millinin baş məşqçisi kimi ilk işim olacaq. Uzunillər su polosunda qazandığım təcrübələrdən Azərbaycanda dayararlanmağa çalışacam. Milli komanda ilə yanaşı federasiyarəhbərliyi ilə birgə əl ələ verib bütün ölkədə su polosununinkişafına nail olmaq üçün müxtəlif ideya və təkliflərlə gəlmişəm.Ümidvaram ki, birgə əməkdaşlığın effektiv nəticələri yaxınvaxtlarda özünü göstərəcək”, - deyə Su polosu idman növü üzrə millikomandanın yeni təyin olunan baş məşqçisi əlavə edib.

Millinin yeni baş məşqçisinin təqdimat mərasimində çıxış edənAzərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti TamerlanAbdullazadə əsas məqsədlərinin su polosunun Azərbaycanda inkişafınıtəmin etmək olduğunu bildirib.

O əlavə edib ki, bu günədək Gənclər və İdman Nazirliyi ilə birgəsu idmanın inkişafı üçün müxtəlif layihələr həyata keçirilib:

“Üzgüçülük federasiyası Gənclər və İdman Nazirliyi ilə birgəəməkdaşlığı günü gündən inkişaf etdirir. Üzgüçülük idman növü üzrəmüxtəlif birgə yarışlar və layihələr reallaşdırmışıq. Bundan sonrasu idman növlərinə aid olan su polosu, suya tullanma və bədiiüzgüçülük və açıq havada üzgüçülük üzrə də milli komandalarınformalaşdırılması, bu növlərdə idmançıların yetişdirilməsi,beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etmələri üçünyeni layihələrin reallaşdırılmasına çalışacağıq”, - deyə T.Abdullazadə əlavə edib.

Federasiya rəsmisi yunanıstanlı mütəxəssis PanayotisXronopulosun ölkəmizdə su polosunun inkişafına kömək edəcəyinəinamlıq ifadə edib:

“Federasiya rəhbərliyi üzgüçüklə yanaşı digər növlərin də dahada inkişafı üçün real addımlar atır. Bunun üçün daha da bacarıqlıvə beynəlxalq təcrübələri olan əcnəbi baş məçqçilərin cəlbolunmasını reallaşdırırıq. Ümid edirik ki, Panayotis Xronopulos onagöstərilən etimadı doğruldacaq və yaxın bir müddətdə su polosukomnadalarımız nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda dayüksək nəticələrlə bizi sevindirəcəklər”.

Qeyd edək ki, Panayotis Xronopulos bu postda Azər Babayeviəvəzləyib. Yunan çalışdırıcı daha əvvəl ölkəsinin aşağı yaşqruplarında, bir sıra yerli klublarda, eləcə də Sinqapurdaçalışıb.

Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
4
az.trend.az

5Mənbələr