AZ

Bakıda bal yarmarkası keçirilir

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan ArıçılarAssosiasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 29-dəkarıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkasıkeçirilir.

Trend xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindənbildirilib.

Yarmarka hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu,Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metrostansiyasının yaxınlığı) fəaliyyətdə olacaq.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarıtərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılanməhsullardan nümunələr götürülərək laboratoriya şəraitindəyoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyistandartlarına uyğun olmayan məhsullar yarmarkada satışaburaxılmayıb.

Xatırladaq ki, yarmarkaya qeydiyyat onlayn şəkildəbal.kendden.az saytı vasitəsi ilə 29 iyul saat 08:00-dan 2 avqustsaat 20:00-dək həyata keçirilib. Yarmarkada arıçılara fəaliyyətgöstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsionalqaydada müvafiq sayda yer ayrılıb. Yarmarkada iştirak üçün hər birarıçıya 2024-cü il iyulun 26-dək arıçılıq təsərrüfatlarını ElektronKənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdankeçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsinə malikolması tələbi qoyulub. Hər arıçı yarmarkaya maksimum 400 kq bal vəmaksimum 30 ədəd arı şanı satışa çıxara bilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
50
az.trend.az

10Mənbələr