“Volkswagen” artıq 50 ildir ki, avtomobillərdən başqa kolbasa istehsal edir və bəzi illərdə onların istehsal etdiyi bu kolbasa avtomobillərin sayını belə keçir.

İndex.az xəbər verir ki, üzərində “Volkswagen” yazılmış kolbasalar 1970-ci ildən Almaniyanın ən məşhur avtomobil şirkətlərindən biri olan “Volkswagen” brendinin zavodunda istehsal olunur.

“Volkswagen Currywurst” adlanan bu kolbasalar “Volkswagen” loqosu olan paketlərdə qablaşdırılır.

Bəs bir avtomobil markası niyə kolbasa istehsal edir?

“Volkswagen Currywurst”un hekayəsi 1973-cü ildən başlayır.

Bir vaxtlar Almaniyada “Volkswagen”in “Volfsburq” zavodunda işçilər üçün yeməkxana var idi. Bu yeməkxana gərgin iş saatlarında işçilərin dincəldiyi, yemək yediyi yer olsa da, menyusunda olan yeməklər arasında işçilərin sevimlisinə çevrilən yeməklər var idi. Bu “currywurst”, yəni köri kolbasasıdır.

“Volkswagen” bu ləzzəti gözardı etməyib və öz kolbasalarını istehsal etmək qərarına gəlib. Beləliklə, o, Volfsburqdakı fabrikdə öz ət emalı zavodunu qurub və “Volkswagen”in ikonik köri kolbasaları istehsal edildi. Əvvəlcə yalnız işləyən insanlar üçün nəzərdə tutulmuş bu kolbasa illər keçdikcə populyarlıq qazandı.

“Volkswagen Currywurst”un xarakterik dadı şirkət tərəfindən hazırlanmış xüsusi reseptlə ortaya çıxdı.

Köri sousu ilə təqdim edilən ənənəvi Alman kolbasalarından olan bu resept, “Volkswagen”ə xas bir ləzzət halına gəldi və “Volkswagen” loqosu olan bir məhsul olaraq istehsal edildi.

“Currywurst” həm “Volkswagen” fabrikinin dad simvolu, həm də şirkətin ən çox istehsal olunan məhsulu idi. Şirkət hər il yüz minlərlə köri şirəsi istehsal etsə də, kolbasaların bir hissəsi hələ də “Volkswagen”in işçilərinin yeməkxanalarında, bəziləri isə Almaniya bazarlarında satılır.

Onlar avtomobillərdən daha çox kolbasa istehsal edirlər.

2019-cu ildə “Volkswagen” cəmi 6,8 milyon köri istehsal edib. Bu, onların həmin il istehsal etdikləri avtomobillərin sayından çox idi.

“Volkswagen Currywurst” günü-gündən daha da yayılaraq təkcə Almaniyada deyil, bütün dünyada “Volkswagen” işçilərinə təklif olunmağa başlayıb. Bu gün o, zavod işçiləri və markanın pərəstişkarları tərəfindən sevilən bir Volkswagen simvoludur…