AZ

“Azərbaycan bərpa olunan enerji üzrə yüksək potensiala malikdir” - Mikayıl Cabbarov

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir. SİA xəbər verir ki, bunu Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Bu potensialdan istifadə istiqamətində dünyanın aparıcı enerji şirkətləri ilə dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində mühüm layihələr həyata keçirilir. Bütün bunlar 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının 30%-ə çatdırılması hədəfinə nail olunmasına istiqamətlənib”, - deyə o qeyd edib.

“Yaşıl enerji” zonası elan olunmuş Qarabağ və Şərqi Zəngəzuru xüsusi qeyd etməliyəm. Bu ərazilər yüksək potensiallı "yaşıl enerji" mənbələrinə malikdir. Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında günəş enerjisi potensialı, Laçın və Kəlbəcər rayonlarında külək və su elektrik enerjisi potensialı yüksək qiymətləndirilir. Hökumət Qarabağda bizneslərin inkişafının stimullaşdırılması üçün təşviq mexanizmləri, güzəştlər, stimullaşdırıcı tədbirlər təqdim edir. Beləliklə, KOB-ların iqlim dəyişikliyi və maliyyələşdirilməsi ilə bağlı zəruri məlumatın və biliklərinin, müvafiq bacarıq və potensialının, həmçinin iqlim maliyyələşməsinə, texnologiyaya çıxışının artırılması, ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması, beynəlxalq əməkdaşlıqlarının və təcrübə mübadiləsinin gücləndirilməsi onların "yaşıl iqtisadiyyat”da roluna daha da artıracaq. Bu baxımdan Azərbaycan KOB-ları “yaşıl texnologiyalar”ın tətbiqini artırmaqla hökumətin iqtisadi siyasətinə töhfə verəcək, həmçinin öz rəqabət qabiliyyətlərini və mənfəətlərini artırmış olacaq”, - deyə nazir əlavə edib.

“Ümumilikdə, “yaşıl iqtisadiyyat” əhatəli məsələ olduğu üçün burada bütün aidiyyəti dövlət qurumlarının, bizneslərin, assosiasiyaların, akademik dairələrin və ictimaiyyətin birgə fəaliyyəti vacibdir. Konfransın məqsədi də məhz çox saylı maraqlı tərəfləri bir araya gətirməklər mövzu ətrafında fikir mübadiləsi aparmaq, səylərimizi birləşdirməkdir”, - deyə M.Cabbarov vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
50
sia.az

10Mənbələr