AZ

"Arutyunyan dedi ki, bir gün oyanıb görəcəksən mən yoxam" - Simonyan

"Bugünkü Ermənistan hakimiyyəti iqtidarı ələ keçirməyib, xalqdan alıb". 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. 

Spiker Dağlıq Qarabağın ləğvi ilə bağlı Ermənistan hökumətinə qarşı ittihamlardan danışıb: "Hökumət Artsax üçün digər hökumətlərdən daha çox şey edib, bundan sonra müharibə baş verib və bu, hamıya məlumdur. Hakimiyyət Artsax uğrunda sona qədər vuruşdu və hər şeyi etdi. Həmin ittihamların suallarının cavabını xalq 2021-ci il seçkilərindən sonra verib". 

Simonyan Dağlıq Qarabağın Ermənistan hökuməti üçün mövcud olmaması ilə bağlı iddialara da cavab verib: "Ermənistanın buna cavabı bəllidir və qanuni olaraq DQ yoxdur". 

O, Samvel Şahramanyanın İşini işini davam etdirib-etdirməməsi və Araik Arutyunyanın istefasından Ermənistan baş nazirinin xəbərdar olması məsələsindən danışıb: "Mən Arutyunyanın istefasından da xəbərdar idim. Mənə təzyiq altında istefa verməli olduğunu söylədi. Dəfələrlə telefon danışığımız oldu, hətta dedi: "Bəlkə bir gün oyanıb görəcəksən ki, mən yoxam". 

Sənədlərə gəlincə, o vaxt Dağlıq Qarabağın hakimiyyət orqanları qərar çıxardıqdan sonra zəng edib dedilər ki, "biləsən, biz belə qərar vermişik". Onlar həmin ərazidə olduqlarına görə Ermənistan rəhbərliyi heç nə deyə bilmədi. Demədilər ki, sən nə fikirləşirsən, buna necə baxırsan, dedilər: belə qərar vermişik". 

Spiker həmçinin vurğulayıb ki, Ermənistan Respublikasında Dağlıq Qarabağ prezidenti, Dağlıq Qarabağ parlamentinin deputatları, Dağlıq Qarabağ parlament sədri yoxdur.

Ağarza Elçinoğlu

Seçilən
143
50
unikal.az

10Mənbələr