AZ

​Hidayət yolunun 80-ci dayanacağı - » AzadMedia.az



Bakı, 9 sentyabr — Azadmedia.az


​Hidayət yolunun 80-ci dayanacağı -

Ötən əsrin əvvələrində belə bir ifadə vardı.. Böyük ideallara qayıtmaq üçün qan yaddaşına qayıtmaq və soy kökünü dərk etmək lazımdır. Mən yazıçı, şair, dramaturq, dövlət xadimi Hidayət Orucovdan danışmaq istəyirəm.
20213-cü ildə Qırğızıstana getmişdim. Film nümayişi ilə əlaqədar. O vaxt Qırğızstanda Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov idi. Əslində düşünmüşdüm ki, Hidayət Orucovla görüşmək imkanım olacaq, amma təəssüf ki, həmin ərəfədə Hidayət müəllimi işlə bağlı Bakıya çaöırmışdılar. Bu səbəbdən Hidayət müəllimlə görüşümüz 9 il təxirə salındı. Real TV-nin Profil layihəsinin çəkilişlərinə qədər..

Mən Hidayət Orucovdan düz iki dəfə müsahibə almışam. Sözün düzü birinci müsahibədə proqramın vaxt imkanları səbəbindən bütün suallarımın cavablarını təqdim edə bilməmişdim. 2023-cü ildə Hidayət müəllimlə onun 79 yaşı ərəfəsində söhbət etdik və düz iki seriyalı “Profil’’ layihəsi hazırladım. Mənim “Profil’’ layihəm 6 ilə yaxındır ki, yayımlanır. Bir neçə buraxılış var ki, onlara xüsusi önəm verirəm. Onlarda da biri Hidayət Orucovla olan söhbətimdir.


Hidayət Orucov adı məndə bir neçə assosiasiya yaradır..

Hidayət Orucov ilk növbədə Qərbi Azərbaycanın 100 ilə yaxın dövrünün tarixidir.

Hidayət Orucov Qərbi Azərbaycanın Azərbaycana məxsusluğunun rəmzlərindən biridir.

Hidayət Orucov adı qədim Azərbaycan xəzinəsi olan İrəvan şəhərinin ekvivalentidir.


Hidayət Orucov bir müddət çalışdığı “Sovet Ermənistanı’’ qəzetində, 16 il rəhbərlik etdiyi İrəvan Dövlət Azərbaycan Dram teatrında bütün şovinist təzyiqlərə baxmayaraq milli kimliyi qoruyub saxlamağa müvəffəq oldu. İrəvan Dövlət Dram teatrına Hidayət Orucov ikinci nəfəs verib, onun bərpası prosesini mükəmməl yanaşma və milli düşüncə ilə həyata keçirib. Amma bu, heç də asan başa gəlmirdi. Hidayət Orurov qatı və şovinist, saxtakar erməni ideoloqlarının təpkisinə qarşı dayanan, mübarizə aparan, bəzən bu mübarizədə təklənən yeganə dəyərlərimizdəndir. Bu gün biz Qərbi Azərbaycana qayıdış konsepsiyasından danışırıqsa, bütün bu proseslərində kökündə dayanan həmin illəri mütləq yada salmalıyıq. Biz o bazanın – Hidayət Orucov və həmfikirlərinin vaxtilə Qərbi Azərbaycanda mübarizə apardıqları xəttin üzərində yeni mübarizəmizi formalşşdırırıq.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə hazırlanan, Qərbi Azərbaycana qayıdışla bağlı dəqiq konsepsiya var. Amma biz bu mübarizəyə ötən əsrin 60-cı illərindən başladıq. Özü də elə Qərbi Azərbaycanda. Erməni millətçilərinin hətta sovet hakimiyyətini belə devirməyə çalışdıqları vaxtda Hidayət Orucov öz imkanları hesabına Qərbi Azərbaycanda ədalətin bərpasına çalışırdı. Axı həqiqət bir idi – bu torpaqlar zorla Azərbaycanda qoparılaraq Ermənistana birləşdirilib, daha doğrusu qondarma Ermənistan yaradılıb. Hidayət Orucov erməni millətçilərinin üzərinə gedirdi, əliyalın, təkbaşına. İrəvanda, Bakıda, fərqi yoxdur, amma gedirdi. “İrəvanda xal qalmadı’’ - milli folklorumuzdan süzülüb gələn bu misra, Hidayət Orucovun mübarizəsində əsas sloqanlardan, şüarlardan birinə çevrilmişdi. Mənə elə gəlir ki, əslində pyesdəki Sultan Oğuz obrazı Hidayət müəllimin özüdür. Nəzərə alaq ki, Hidayət Orucov 1988-ci ildə ermənilərin soydaşlarımıza qarşı başlatdığı sonuncu etnik təmizləmə siyasəti zamanı Ermənistan SSR tərəfindən ona verilmiş addan imtina edir. Biz bu cür hallara tarixdə çox nadir rast gəlirik. Özü də həmin, pyeslər İrəvanın mərkəzində İrəvan Dövlət Dram teatrında tamaşaya qoyulurdu.
Hidayət Orucovun qələmi əsl vətəndaş silahdır. Yəni daha dəqiq desəm, hər kəs əlinə qələm ala bilər, onun yazdığı əsər öz ölkəsində, hətta dünyada belə məşhur ola bilər. Hər kəs daxili hisslərini ağ kağıza köçürməkdə azaddır. Bir də var, vətəndaşlıq mövqeyi. Amma çox nadir insanlarda qələmlə vətəndaşlıq mövqeyi tamlıq təşkil edə bilir. Hidayət Orucov şair, dramaturq, publisist olmaqla yanaşı həm də ictimai-siyasi xadimdir. Hidayət Orucov dövlət məmuru obrazını düşündüyümüz bürokratik, məhdud yanaşma imkanlarından azad etdi, yeni düşündə tərzi formalaşdırdı. Buna bütün bəşəri dəyərlərə sahib olan yaradıcı insanın dövlətçilik, milli təəssübküşlik və əsl vətəndaşlıq mövqeyi deyirlər. Hidayət Orucov üçün millik identifikasiya hər zaman üstünlük təşkil edib. Məsələn “Bu dünyanın adamları’’ pyesini yazanda nəzərə alaq ki, hələ sovet hakimiyyəti mövcud idi. Söhbət ötən əsrin 700-ci illərindən gedir. Bu əsər yazılanda hələ meydan hərəkatı başlanmamışdı, hələ sovet qoşunları Bakıya daxil olmamışdı. Hamı Sovet cəmiyyətinin ideal sosialist obrazı olmağa çalışırdı. Amma Hidayət Orucov hamıya aid deyildi. Onun yanaşmasında millik kimlik, azad ölkə meylləri daha güclü idi. Məhz həmin illərdə Dövlət Təhlükəslzlik Komitəsi bu pyesi nəzarətə götürür. Şübhəsiz ki, sovet maşını üçün belə bir əsərin meydana çıxması ideoloji cəhətdən müəyyən problemlər yarada bilərdi. Amma Hidayət Orucov bu addımı cəsarətlə atmışdı. Əsl ziyalı olaraq. Əsl qələm sahibi öz oxucularını sağlam və həqiq gələcəyə aparmağı bacarmalıdır. Hidayət Orucov bunu etdi. Bayaq qeyd etdiyim ki, Hidayət Orucov bütöv Azərbaycan nəslinin yetişməsində müstəsna xidmətləri olmuş şəxsiyyətlərdən, qələm sahiblərindəndir. Bundan başqa Hidayət Orucov uzun illər hər bir ölkə üçün həssas sahıələrdən olan milli azlıqlar və dini məsələlər siyasətinə cavabdehlik daşıyan şəxslərdən olub. Onu da deyim ki, bu heç də asan istiqamətlər deyil. Nəzər alaq ki, Azərbaycanlı çoxmillətli ölkədir. Nəzərə alaq ki, Azərbaycan multikonfessional ölkədir və bunların hamısı xalının naxışlarına bənzəyir. Hidayət Orucov o naxışları ilmə-ilmə qorumağa müvəffəq oldu. Daha sonra on ilə yaxın diplomatik fəaliyyət. Əslində bütün bunları birləşdirən sadəcə bir ad var. Hidayət yolu. 80 illik ömrün hər bir anı bu yolun enişi-yoxuşudur. Amma o tamdır və bütövdür. Bu yol Qərbi Azərbaycandan başlanır və Azərbaycanı Qərbi Azərbaycana aparan milli kimlik və qədim tarixi yolumuzun təməllərindən biridir. Bu yolun hər dayanacağı Azərbaycan tarixidir. Qərbi Azərbaycana doğru uzanan Hidayət yolunun 80-ci dayanacağı mübarək olsun!




Kamran Qasımov
Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü,
Real Televiziyasının xüsusi müxbiri
Seçilən
146
3
azadmedia.az

10Mənbələr