Bakı, 9 sentyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Bakıda dövlət qurumları arasında 3x3 basketbol turniri keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarışda 8 dövlət qurumu təmsil olunub.
Avropa Oyunları Parkında xüsusi quraşdırılmış basketbol meydançasında təşkil olunan turnirdə qadınlar arasında “AZAL” QSC-nin komandası birinci olub. Gənclər və İdman Nazirliyi və SOCAR yarışı ikinci və üçüncü pillədə başa vurublar. Kişilər arasında “AZAL” QSC, Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi fərqləniblər.