AZ

Makronu Paralimpiya Oyunlarının bağlanış mərasimi zamanı fitə basıblar

Fransa prezidenti Emmanuel Makronu Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində fitə basıblar.

"Report" xəbər verir ki, bu barədə Fransa KİV-i məlumat yayıb.

Mərasim zamanı E.Makron Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) prezidenti Endryu Parsonsla birlikdə tribunaya qalxıb. Bu zaman “Stad de Frans”ın tribunasından qulaqbatırıcı fit səsləri eşidilib.

Qeyd edək ki, sentyabrın 8-də Fransanın paytaxtında “Stade de Frans” stadionunda Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.

Xatırladaq ki, sentyabrın 7-də Parisin Bastiliya meydanına toplaşan minlərlə etirazçı Fransa prezidenti Emmanuel Makronun siyasəti ilə razılaşmadığını bildirib və onun istefasını tələb ediblər. Bununla yanaşı, minlərlə fransalı Mişel Barnyenin baş nazir təyin olunmasına etiraz edib.

Seçilən
126
27
musavat.com

10Mənbələr