AZ

"Anam üçüncü dəfə övlad itkisini yaşadı” - Əməkdar artist

“Canım qardaşım, 40 gündür ki, bizdən ayrılmısan. Evin hər yerində, gözümüz səni axtarır... Sənin vəfatınla anamız üçüncü dəfə övlad itkisini yaşadı”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehruban Xanlarova sosial şəbəkə hesabında yazıb. Aktrisa bir müddət əvvəl dünyasını dəyişən qardaşı ilə bağlı paylaşımında bunları əlavə edib:

“Sənin üçün dilsiz axıtdığı göz yaşlarına ürəyim parçalanır... Məni tanıyan hər kəs bilir ki, bütün xoşbəxtliyimi ailəmin yolunda qurban vermişəm. Sənətdə xoşbəxt olsam da şəxsi həyatımda acıların qadınıyam. Allah bütün dünyadan köçənlərə, qəni-qəni rəhmət eləsin”.

Qeyd edək ki, aktrisanın anasıp lal və kardır.Lent.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
4
bakivaxti.az

5Mənbələr