Avqustun 21-də Diyarbəkirdə itən 8 yaşlı Narin Gürandan 19 gün sonra kədərli xəbər gəlib.
News24.az xəbər verir ki, balaca qızın cansız cəsədi kəndin yaxınlığındakı dərə yatağında torbada tapılıb.
Narin bu gün dəfn olunub.
Qeyd edək ki, Narinin ölümü ilə bağlı aparılan istintaqda 24 nəfər saxlanılıb.
Nəzarətə alınan şübhəlilərdən birinin ifadəsi istiqamətində bəzi yeni məlumatlar ortaya çıxıb.
Şübhəlilərdən biri ifadəsində maşını ilə gələn muxtarın Narinin cəsədini ədyala bükərək ona verdiyini etiraf edib. Şübhəli şəxs cəsədi muxtarla birlikdə torbaya qoyduqlarını və daha sonra muxtarın onu tərk etdiyini izah edib.
Həmin şəxs daha sonra meyiti çayın kənarında gizlətdiyini bildirib.
Günel Məlikzadə