AZ

Polisdən avtomobili olanlara ÇAĞIRIŞ: "İctimai nəqliyyatdan istifadə edin"

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

 

Bu barədə Sfera.az-a qurumdan məlumat verilib.

 

“Bakı şəhərində keçiriləcək “2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sentyabr ayının 13-dən 15-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri xahiş olunur”, - məlumatda qeyd olunub.

 

Qurum həmçinin paytaxt sakinlərinə çağırış edib: “Sakinlərin yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələrilə, ümumiyyətlə, yola çıxmamaları xahiş olunur”.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
3
sfera.az

10Mənbələr