AZ

Türkiyə gələcəkdə NATO-dan çıxacaq: Ekspert

“Türkiyə tezliklə BRICS ölkələrinin beynəlxalq birliyinin bir hissəsi olacaq və Şimali Atlantika Alyansından uzaqlaşacaq”.

Tribunainfo.az Mehrnews-a istinadən xəbər verir ki, bu barədə türkiyəli politoloq Serhat Lətifoğlu bildirib.

O qeyd edib ki, Ankara və onun NATO müttəfiqlərinin siyasi baxışları bir çox əsas beynəlxalq məsələlərdə çox fərqlidir və BRICS-ə gəlincə, Türkiyə xarici siyasət və iqtisadiyyatın fundamental prinsipləri üzrə demək olar ki, tam razılığa malikdir.

Türkiyə BRICS-ə üzv olacaq. Belə bir niyyət var. Lətifoğlu bildirib ki, NATO ölkəsinin BRİKS-ə üzv olması misilsiz nümunə olacaq.

Ekspert hesab edir ki, Türkiyə yaxın gələcəkdə NATO üzvü olmaqdan çıxacaq, çünki onun alyansla münasibətləri müttəfiqlikdən daha çox qarşıdurmanı xatırladır. Lətifoğlu əlavə edib ki, ya blokdan özü çıxacaq, ya da zorla çıxacaq.

Xatırladaq ki, Türkiyə 1952-ci ildə Yunanıstanla birlikdə NATO-ya üzv olub. Müttəfiqliyə yalnız SSRİ-nin onun üzərində təsirinin yayılmasının qarşısını almaq üçün qəbul edildi.

“Lakin Qərb dünyasının bir hissəsi olmaq üçün bütün cəhdlərə baxmayaraq, Türkiyə kənarda saxlanılmaqda davam edir ki, bunun bariz təsdiqi ölkənin 35 ildən artıqdır ki, Aİ-yə qəbul edilməməsidir. Açığı, Ankara bu münasibətdən bezib və hazırda formalaşmaqda olan çoxqütblü dünyada özünü axtarır”.

Seçilən
124
26
tribunainfo.az

10Mənbələr