AZ

Ermənilərin “Vardanyan planı”nı ifşa olundu - DETALLAR

Erməni politoloq Lilit Dallakyan “Haykakan Jamanak” qəzetinə müsahibəsində separatçı Ruben Vardanyanla bağlı, həm erməni müxalifətinin, həm də rusların qurduqları planlar barədə danışıb. JAMAZ.İNFO xəbər verir ki, o, bir çox detalları ifşa edib.Belə ki, Dallakyan payzıda keşiş Baqratın yaratdığı hərəkatın bir qədər güclənəcəyini vurğulayıb. O deyib ki, buna baxmayaraq, hərəkatın lideri dəyişəcək. “Birinci məsələ Qarabağla bağlıdır, onu mərkəz hədəf edəcəklər. Çünki başqa variantları yoxdur. İkincisi isə lider dəyişəcək. Keşiş Baqrat öz yerini Ruben Vardanyana verəcək”.O qeyd edib ki, Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək, Ermənistan vətəndaşlığını qəbul etməsi və Qarabağa getməsinin detallarını bilmirlər. “Bəli, Ruben Vardanyanın Qarabağa niyə göndərildiyini bilmirik. Amma məsələlərlə məşğul olan MTN adlı dövlət aparatı var. Bu suallara cavab verməlidirlər”.Onun sözlərinə görə, Vardanyanın Qarabağda peyda olması və əsir düşməsi səbəbsiz olmayıb. “Zatulinin daim onun üçün dua etməsi, reklam etməsi də əbəs deyil. Mənə elə gəlir ki, bu, ssenarilərdən biridir”.Dallakyan onu da deyir ki, Rusiya Ruben Vardanyanı Ermənistanın baş naziri təyin etmək qərarına gəlib. “Onlar Rubeni bura gətirmək üçün yalnız Qarabağ faktorunu manipulyasiya etməyə və daxili sabitliyi pozmağa çalışacaqlar”.

Seçilən
33
1
dia-az.info

2Mənbələr