AZ

Müsavat Partiyasının üzvünü öldürən direktor müavininin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 245 (meyit üzərində təhqiredici hərəkət) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirli bilinən İslamov Elsevər Eldar oğlunin məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

“Unikal”ın məlumatına görə, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub. Məhkəmə prosesi 19 sentyabra kimi təxirə salınıb.

Cinayət işinin baş verməsinə gəlincə, bu il may ayının 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə məlumat daxil olub.

14 mayda isə Müsavat Partiyasının fəalı Natiq Mehdinin öz iş yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı rəsmi məlumat yayılıb. Baş Prokurorluq və DİN-in birgə yaydığı məlumata əsasən, onun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində öldürməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən Elsevər Eldar oğlu İslamov Xətai rayonunda yerləşən 55 nömrəli məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) olub.

KAİM.az

Seçilən
29
1
kaim.az

10Mənbələr