SpaceX-in CEO-su İlon Mask Starship raketinin Marsa missiyasına 2026-cı ildə başlayacağını açıqlayıb. İlk buraxılışlar ekipajsız olacaq və beləliklə, Marsa təhlükəsiz eniş sınaqdan keçiriləcək.
News24.az xəbər verir ki, bu barədə SpaceX-in sahibi İlon Mask sosial media platformasında bildirib.
Marsa möhkəm enişin etibarlılığını yoxlamaq üçün ekipajsız olacağını bildirən Mask, bu enişlərin yaxşı keçəcəyi təqdirdə kosmos şirkətinin 4 il sonra Marsa ilk ekipajlı uçuşları həyata keçirəcəyini əlavə edib.
Qeyd edək ki, 2002-ci ildə SpaceX-i quran Mask aprel ayında Marsa enəcək ilk ekipajsız gəminin Starship olacağını və insanların son 7 ildə ilk dəfə Marsa enəcəyini bildirib.
Məryəm İlhamqızı