AZ

Mehriban Ələkbərzadə daha bir aktyoru işdən çıxardı

Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin olunan Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə daha bir aktyoru işdən çıxarıb. 

"Unikal" xəbər verir ki, aktyor Ziya Ağa teatrdan uzaqlaşdırılıb.  Buna səbəb isə teatr rejissoru Əlif Cahangirlinlin Ziya Ağanın səs yazısını ictimailəşdirməsi olub. Həmin səs yazısında Ziya Ağa nazirlik əleyhinə təhqiramiz ifadə işlədib. 

Ə.Cahangirli İnstaqram hesabında yazdığı açıqlamasında Mehriban Ələkbərzadəni tənqid edərək "Mən demədim ki, Ziyanı işdən çıxarın" deyib və teatrdakı problemləri sadalayıb. 

Xatırladaq ki, bundan əvvəl Mehriban Ələkbərzadə aktyor Corc Qafarovu işdən çıxarmışdı. 
 

Seçilən
94
3
unikal.az

10Mənbələr