Son günlər mətbuatda Yasemin Kay Allenin həmkarı Kerem Bürsinlə eşq yaşadığı ilə bağlı iddiaları yayılıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Allen Bürsinlə haqqında çıxan xəbərlərə son qoyub.
O bildirib ki, həmkarı ilə arasında sadəcə dostluq münasibətləri var.
"Bu mövzu barədə heç nə danışmaq istəmirdim, amma görürəm ki, çoxları bu xəbərləri oxuyur. Keremlə aramda səviyyəli dostluqdan başqa heç nə yoxdur", - aktrisa deyib.
Qeyd edək ki, Yasemin və Kerem 2014-2015-ci illərdə yayımlanan "Şeref meselesi" serialında birgə rol alıblar.
Kerem Bürsin türkiyəli məşhur aktrisalar Hande Erçel və Serenay Sarıkaya ilə eşq yaşayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun