AZ

Vilayət Eyvazov Xankəndiyə yeni rəis TƏYİN ETDİ

Xankəndi Şəhər Baş Pasport, Qeydiyyat və Miqrasiya Şöbəsinə yeni rəis təyin edilib. Banker.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Səbail Rayon 39-cu Polis Bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Azər Quliyev tutduğu vəzifədən azad edilərək, Xankəndi Şəhər Polis Şöbəsinin Baş Pasport, Qeydiyyat və Miqrasiya Şöbəsinin rəisi (baş inspektor) təyin olunub.

Qeyd edək ki, polis polkovnik-leytenantı Azər Quliyev uzun illər Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ), daha sonra Sabunçu Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Seçilən
88
45
yenigundem.az

10Mənbələr