AZ

Millimiz bu gün Serbiyanı qəbul edəcək

21 yaşadək (U-21) futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Futbolinfo.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Bakıda Serbiya yığmasını qəbul edəcək.

“Dalğa Arena”da gerçəkləşəcək matç saat 19:00-da start götürəcək.

Qeyd edək ki, rəqib 8 qarşılaşmadan sonra 10 xalla üçüncü, komandamız 3 xalla (7 oyun) sonuncu – altıncı pillədə qərarlaşıb.

Azərbaycan (U-21) – Serbiya (U-21)
Dalğa Arena. Saat 19:00
Baş hakim: Bastien Dechepy
Baş hakimin köməkçiləri: Alexis Auger, Brice Parinet Le Tellier
Dördüncü hakim: Florent Batta
(Hakimlər briqadası Fransadandır)

Seçilən
36
13
futbolinfo.az

10Mənbələr