AZ

"Zirə" "Neftçi"nin sabiq futbolçusunu transfer etdi - RƏSMİ

“Zirə” "Neftçi"nin sabiq futbolçusu Yusuf Lavalı transfer edib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, nigeriyalı vingerlə "2+1" illik müqavilə bağlanıb.

Qeyd edək ki, 2020-2022-ci illərdə "Neftçi"nin formasını geyinmiş 26 yaşlı futbolçu Belçikanın “Lokeren”, Portuqaliyanın “Aroka” klublarında da çıxış edib.

Seçilən
3
9
fanat.az

10Mənbələr