Macarıstanın xarici işlər naziri Peter Siyarto İrəvana səfər edib.
Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Macarıstan xarici işlər nazirinin təyyarəsi Zvartnots hava limanına enib. Onu hava limanında Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan qarşılayıb.
Peter Siyarto “Yerevan Dialogue” forumunda “Bir-birinə bağlılığın geosiyasəti: Rəqabətdən əməkdaşlığa” adlı panel müzakirəsində iştirak edəcək.
Səfər çərçivəsində o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da görüş keçirəcək.