AZ

Azərbaycanda axşam məktəblərində təhsil alanların SAYI

Azərbaycanda qiyabi ümumitəhsil məktəblərinin sayı azalsa da, hələ də bu təhsil müəssisələrində oxuyanlar az deyil. Gündüz ümumi təhsil məktəbləri nəzdindəki qiyabi qruplar təhsil sisteminin tərkib hissələrindən biridir. Qiyabi qruplarının əsas məqsədi gənclərin və yaşlıların tam orta təhsil almalarına imkan yaratmaqdan ibarətdir.

 

Qiyabi qruplarda dərslər məktəb direktoru tərəfindən təsdiq olunmuş cədvəl üzrə həftədə 3 gün tədris edilir. Qiyabi qruplarda təhsil alanlar üçün tədris dilindən asılı olaraq, Azərbaycan dili (rus dili), riyaziyyat, fizika, kimya fənlərindən fərdi məsləhət məşğələləri təşkil edilir. Hər fənn üzrə fərdi məsləhət məşğələsinə həftədə 0,5 akademik saat ayrılır.

 

Qiyabi qruplarda təhsil alanların tədris olunan fənlər üzrə proqram materiallarını mənimsəməsi səviyyəsinə uyğun olaraq, yarımillik və illik qiymətlər müəyyən edilir.

 

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-2024-cü tədris ilində Azərbaycanda 5 məktəbdə qiyabi qruplar təşkil edilib. Bu quplarda 736 nəfər təhsil alıb.

 

Son illər qiyabi qruplarda oxuyanların sayında ciddi azalma qeydə alınıb. 2005-2006-cı illərdə ölkəmizdə 9 qrupda 2594 nəfər qiyabi orta təhsil alıb. 2020-2021-ci illərdə bu rəqəm 5 qrupda 854 nəfərə düşüb.

 

İşləyən və gündüz dərslərində iştirak edə bilməyən qiyabi qruplar üçün axşam dərsləri də təşkil olunur. Dərslər 18:30-da başlayır 22:30-da başa çatır. Bu qruplarda 12-ci sinif də mövcuddur. Dərsləri uğurla başa vuran və eksternant imtahanında uğur qazanan şəxslər attestat almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak hüququ qazanırlar. 

Seçilən
133
50
modern.az

10Mənbələr