Vaşinqton Rusiya ilə hərbi-texniki əməkdaşlığa görə bu gün İrana qarşı yeni sanksiyalar elan edəcək.
Bunu ABŞ-nin dövlət katibi Antoni Blinken Londonda Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, eyni zamanda “Iran Air” aviaşirkətinə də qarşı əlavə tədbirlər nəzərdə tutulub.