AZ

Azərbaycan "TikTok"da kontent monetizasiyasını vergiyə cəlb edə bilər

Azərbaycan və "TikTok" kontent monetizasiyasından əldə edilən gəlirləri vergiyə cəlb olunması ilə bağlı danışıqlar son mərhələdədir.

Dmokrat.az "Report"a istinadən xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov "Chain Reaction 2024" forumu çərçivəsində keçirilən "Rəqəmsal və metakainat iqtisadiyyatına giriş" adlı panel müzakirəsi zamanı bildirib.

"TikTok" istifadəçilərinin Azərbaycanda kontent yaratmaq və yaymaqla əldə etdikləri gəlirlərin tənzimlənməsinə yönəlmiş bu addım ölkənin müasir rəqəmsal ekosistemi formalaşdırmaq strategiyasının mühüm bir hissəsini təşkil edir.

Seçilən
94
25
demokrat.az

10Mənbələr