“İnsanlar yaşa dolduqca qollarını daha çox yuxarıda saxlamaq, əllərinə bellərinə qoyub, dayanmaq tələbatı hiss edirlər. Məsələn, avtomobildə gedərkən yaşlı adamlar daha çox yuxarıdakı tutacaqdan yapışırlar, yatarkən əllərini daha çox başlarına tərəf qaldırmağa, çarpayının baş hissəsində bir yerdən tutmağa cəhd edirlər. Bu əslində səbəbsiz deyil. Və əgər belə bir tələbatı özünüzdə hiss edirsinizsə bu kardioloji problemlərin xəbərçisidir”.
Bu fikirləri Hit.az-a kordioloq Sevinc Qurbanova səsləndirib:
“Əllərini tez-tez belinə qoyub dayanmaq, bu pozada rahat olmaq, yoxuşa və ya yuxarı mərtəbəyə piyada çıxanda təngnəfəs olmaq ürək, ağciyər və ya qan xəstəliyinin əlaməti ola bilər. Əlləri bu formada qoyanda, çiyinlərin ağırlığının döş qəfəsinə təzyiqi azalır.Yəqin görmüsüz, çox qaçan və ya futbol oynayan şəxslər əllərini dizlərinə qoyub , yarım əyilmiş vəziyyətdə nəfəslərini dərirlər. Bu vəziyyətdə çiyinlərin döş qəfəsinə təzyiqi azalır və şəxs daha rahat nəfəs alır. Belə tələbatınız çoxdursa, həkimə müraciət edin”.
Murad