“Gəncə” heyətinə daha bir voleybolçu cəlb edib.
Sportinfo.az xəbər verir ki, qərb təmsilçisi rusiyalı Marina Tuşovanı transfer edib.
Onunla 1 illik müqavilə imzalanıb.
Voleybolçu son olaraq Filippinin “Kapital1” klubunda çıxış edib.
“Gəncə” daha əvvəl yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova, rusiyalı oyunçu Anastasiya Atepalina və tailandlı Tiçakorn Bunlerti heyətinə qatıb.