AZ

“Bu dəfə onu qızılla əvəzləyə bildim, buna görə çox xoşbəxtəm"

"Azərbaycanı Parisdə layiqincə təmsil etmək qürurverici hissdir".

Sportinfo.az xəbər verir ki, bunu Yay Paralimpiya Oyunlarında paraatletika növündə T12 kateqoriyasında uzunluğa tullanmada qızıl medal qazanmış Azərbaycan idmançısı Səid Nəcəfzadə jurnalistlərə açıqlamasında deyib.

İdmançı Paralimpiya Oyunlarında ilk dəfə qızıl medal qazandığına diqqət çəkib: "Birinci Paralimpiadada bürünc medal əldə etmişdim. Bu dəfə qızılla əvəzləyə bildim. Buna görə çox xoşbəxtəm".

Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında yüksək nəticələr əldə etmiş Azərbaycan idmançılarının növbəti qrupu vətənə qayıdıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
16
sportinfo.az

10Mənbələr