AZ

Onlar da Laçına qayıdır - Fotolar

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı sentyabrın 11-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. 

Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 59 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 570 ailənin, yəni 2090 nəfərin daimi məskunlaşması təmin edilib.




Seçilən
56
32
qafqazinfo.az

10Mənbələr